Həmyerlimiz ukraynalı boksçunun qətlində şübhəli bilinir

Həmyerlimiz ukraynalı boksçunun qətlində şübhəli bilinir
# 10 aprel 2015 10:11 (UTC +04:00)

APA-nın məlumatına görə, Odessa polisinin mətbuat xidmətinin rəhbəri Vladimir Şablienkonun sözlərinə görə, Odessa şəhərində yaşayan həmyerlimiz əvvəllər də cinayət məsuliyyətinə cəlb olunub.

O bildirib ki, tərəflər arasında münaqişə qadın üstündə olub.

Xatırladaq ki, 27 yaşlı Sergey Laşenko aprelin 8-də Odessanın mərkəzindəki Yəhudi xəstəxanasında güllələnib. 8 aprel tarixində gecə saatlarında dostları ilə şəhərin mərkəzində küçədə gəzərkən qafqazlılardan ibarət qrupla aralarında dava olub. Münaqişə zamanı S.Laşenko sinəsindən güllə yarası alıb. O iki tanışı ilə birgə xəstəxanaya çatdırılıb. Hücum edən şəxslər onları yolda izləyiblər. Binanın dəhlizində yenidən dava düşüb və qafqazlılardan biri “Fort” markalı travmatik silahdan 8 dəfə S.Laşenkoya atəş açıb. Laşenko hadisə yerində ölüb. Hücum edən şəxslər isə hadisə yerindən qaçıblar.

Hadisə günü şəhərin mərkəzində azərbaycanlılara məxsus “Sultan” və “Abşeron” adlı kafelərdə yanğın olub. Bu hadisələrin S.Laşenkonun ölümü ilə bağlı intiqam məqsədi ilə törədildiyi bildirilir. Lakin hüquq-mühafizə orqanları bu iki hadisə arasında əlaqənin olmadığını deyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR