SOCAR neft hasilatını bir ildə 2%-ə yaxın azaldıb

SOCAR neft hasilatını bir ildə 2%-ə yaxın azaldıb
# 03 aprel 2015 08:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 641,9 min ton neft hasil edilib.

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin fevral ayı ilə müqayisədə 1,5% azdır. Bu ilin yanvar ayı ilə müqayisədə SOCAR neft hasilatını 9,9% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 712,3 min ton neft hasil edilib

Bu ilin yanvar-fevral aylarında ümumilikdə 1 354,2 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin ilk iki ayı ilə müqayisədə 0,94% azdır.

Bu ilin yanvar ayı ərzində ölkə üzrə 3 293 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 9,1% azdır. Bu ilin yanvar ayı ilə müqayisədə isə bu rəqəm 10,2% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 667,6 min ton neft hasil edilib

Bu ilin yanvar-fevral aylarında ölkə üzrə ümumilikdə 6 960,6 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin ilk iki ayı ilə müqayisədə 3,4% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR