Mübariz Qurbanlı: “Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub”

Mübariz Qurbanlı: “Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub”
# 12 mart 2015 14:51 (UTC +04:00)

Komitədən APA-ya verilən məlumata görə, M. Qurbanlı Azərbaycanın tolerantlıq ənənələri, dövlətin multikultutalizm siyasəti, dini konfessiyalar arasındakı münasibətlərdən danışaraq bildirib ki, Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub.

M. Qurbanlı deyib ki, ölkədə dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir.

Y. Hendi isə Azərbayacana səfərindən və burada keçirdiyi görüşlərdən danışaraq artıq ikinci dəfədir Azərbaycana səfər etdiyini söyləyib. O qeyd edib ki, Azərbaycan ona doğma ölkədir və burada gedən inkişaf prosesi onu sevindirir. Dini icmalarla keçirdiyi görüşlərdən bəhs edən Y. Hendi ölkədəki dini tolerantlıqdan, dini icmaların fəaliyyətindən məmnunluq duyduğunu, Azərbaycanın tolerantlıq modelinin bütün dünya üçün nümunə ola biləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR