Dilçilik İnstitutu teleradio verilişlərinin və küçə reklamlarının dili ilə bağlı monitorinqlərə başlayıb

Dilçilik İnstitutu teleradio verilişlərinin və küçə reklamlarının dili ilə bağlı monitorinqlərə başlayıb
# 16 oktyabr 2014 09:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu teleradio verilişləri və küçə reklamlarının dili ilə bağlı monitorinqlərə başlayıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün keçirilən mətbuat konfransında məlumat verən institutun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli bildirib ki, “Azərbaycan dilinin qloballaşan şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda 20-yə yaxın istiqamət üzrə müxtəlif sahələrdə monitorinqlərin aparılması nəzərdə tutulub. Onun sözlərinə görə, hər bir istiqamət üzrə komissiyalar yaradılaraq müvafiq işlər görülür. Hazırda 3 istiqamət üzrə də işlərin aparıldığını deyən Q,Məhərrəmli qeyd edib ki, ilkin olaraq Səhiyyə Nazirliyi sistemində dərman preparatlarının izahedici vərəqlərinin dili ilə bağlı monitorinq başa çatdırılıb: “Hazırda ikinci istiqamət üzrə teleradio verilişlərin dili üzərində müşahidələr aparılır. Bundan əlavə, Bakı şəhərində - Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələri ilə bağlı bir neçə gündür monitorinqlərə başlanıb”.


Q.Məhərrəmli əlavə edib ki, bu gün Ana dilinin tələblərinin pozulması mətbuatda, xüsusilə saytlarda müşahidə olunur. Onun sözlərinə görə, bununla bağlı bir neçə sayt rəhbərli instituta dəvət olunub və burada müxtəlif fikirlər səsləndirilərək qarşılıqlı fikir mübadiləsi aparılıb. Qərara gəlinib ki, saytlarda dil normaları pozuntularının aradan qaldırılması üçün vahid komissiya yaradılsın. Bu komissiyalarda işçi qruplar olacaq, suallar işlənəcək və müəyyən məlumatlar veriləcək: “Bundan əlavə, institutda “Qaynar xətt” xidməti işə salınacaq. Bununla da insanlarda Ana dilinin normalarının pozulması hallarını gördükdə bu barədə “Qaynar xətt”ə məlumat verə biləcək”.

.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR