Bakıda usta evin damından yıxılaraq ölüb

Bakıda usta evin damından yıxılaraq ölüb
# 09 iyun 2016 09:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda usta bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb. Salyan rayon sakini Emin Davudov Xətai rayonu ərazisində evin damında təmir işləri apararkən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR