"Azneft" icra hakimiyyətini məhkəməyə verib

"Azneft" icra hakimiyyətini məhkəməyə verib
# 06 iyun 2016 12:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyi (İB) Xəzər rayon İcra Hakimiyyətini məhkəməyə verib.

APA-nın məlumatına görə, "Azneft" İB İcra Hakimiyyəti tərəfindən Əliyeva Ramizə Laçın qızının adına verilmiş sərəncamın etibarsız hesab edilməsi, həmin sərəncamla ayrılmış torpaq sahəsində inşa olunmuş tikilidən R. Əliyevanın çıxarılması, tikilinin həmin şəxsin hesabına sökülməsi, ərazinin təmizlənməsi və torpaq sahəsinin daimi istifadəyə qaytarılması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı haqlı saymayıb. Həmin qərarla razılaşmayan "Azneft" İB isə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Hazırda şikayətə məhkəmədə baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR