Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq 0,7% enib
# 08 aprel 2013 06:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 14 565 bəndədək, S&P 500 0,4% - 1 553 bəndədək, Nasdaq 0,7% - 3 204 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əmək bazarından mənfi statistika təsir edib.

Avropa fond bazarlarında aprelin 5-də FTSE 100 indeksi 1,5% - 6 250 bəndədək, Almaniya DAX-ı 2,0% - 7 659 bəndədək, Fransa CAC-40-ı 1,7% - 3 664 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,8% artaraq 1 578,5 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2989 (+0,4%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR