ETSN: Yaxın bir neçə gündə əlverişli hava şəraiti kənd təsərrüfatı bitkilərinin vegetasiyasını sürətləndirəcək

ETSN: Yaxın bir neçə gündə əlverişli hava şəraiti kənd təsərrüfatı bitkilərinin vegetasiyasını sürətləndirəcək
# 30 aprel 2013 10:37 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Respublika ərazisində yaxın bir neçə günə proqnozlaşdırılan əlverişli hava şəraiti kənd təsərrüfatı bitkilərinin vegetasiyasını sürətləndirəcək.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, torpağın şum qatında temperaturun 18-21 dərəcəyədək yüksəlməsi səpilmiş çiyidin, qarğıdalının cücərməsinə müsbət təsir edəcək.

Belə hava şəraiti əksər aran rayonlarında payızlıq dənli bitkilərin sünbülləməsi, meyvə ağaclarında meyvələrin böyüməsi, bostan və tərəvəz bitkilərinin əkilməsi, çoxillik otların inkişafı üçün əlverişli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR