Bolqarıstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın "Focus News"a istinadən verdiyi xəbərə görə, sərnişin avtobusunun aşması nəticəsində 6 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
Qəzanın səbəbləri araşdırılır. Avtobus Burqasdan Sofiya istiqamətində hərəkət edirmiş. Baş nazir Boyko Borisov "Twitter" vasitəsilə ölənlərin yaxınlarına başsağlığı verib, xəsarət alanlara şəfalar diləyib.