SOCAR Rumıniyada beynəlxalq konfrans keçirib

SOCAR Rumıniyada beynəlxalq konfrans keçirib
# 07 mart 2015 09:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı nümayəndəliyinin dəstəyi ilə Buxarest İqtisadiyyat Akademiyasında “Rəqabətədavamlı iqtisadiyyatda ekoloji səmərəlilik” mövzusunda VII beynəlxalq konfrans keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, tədbir çərçivəsində “Rumıniyanın kənd təsərrüfatı sahəsinin inkişafında Avropa fondlarının verdiyi kreditlərin təsiri”, “Avropa Birliyində davamlı artım”, “Elektrik enerjisinin istehsalı üçün alternativ texnologiyalar ilə bağlı əsas iqtisadi və ekoloji aspektlər” və digər mövzular ətrafında çıxışlar olub.

Beynəlxalq konfransda həmçinin SOCAR-ın fəaliyyəti, regionun enerji xəritəsini dəyişəcək Trans-Adriatik (TAP), Trans-Anadolu (TANAP), eləcə də Cənub Qaz Dəhlizi qaz kəmərləri barədə iştirakçılara ətraflı məlumat verilib. Vurğulanıb ki, SOCAR-ın həyata keçirdiyi layihələrdə ekoloji məsələlər hər zaman diqqətdə saxlanılır.

Qeyd edək ki, beynəlxalq konfransda Almaniya, İtaliya, Yunanıstan, Moldova və digər ölkələrin aparıcı universitetlərinin, beynəlxalq fond və təşkilatların nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR