Elşad İskəndərov Qubada vətəndaşları qəbul edib

Elşad İskəndərov Qubada vətəndaşları qəbul edib
# 06 aprel 2013 10:32 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov Quba rayonunda vətəndaşlarla görüşüb. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, Qubada keçirilən qəbulda Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yaşayan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşların şikayətlərini dinləyən E. İskəndərov tövsiyə və tapşırıqlarını verib. Komitə sədri bu cür görüşlərin keçirilməsində əsas məqsədin əhalinin problemləri ilə yerində tanış olmaqdan ibarət olduğunu deyib. Onun sözlərinə görə, vətəndaşların qaldırdığı problemlərin tezliklə həll olunması üçün çalışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR