Nepalda kişi zəlzələdən 80 saat sonra xilas olunub - VİDEO

Nepalda kişi zəlzələdən 80 saat sonra xilas olunub - <span style="color: red;">VİDEO
# 29 aprel 2015 02:48 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Məlumata görə, xilasedicilər 28 yaşlı Rişi Kxanalı paytaxt Katmanduda uçmuş 7-mərtəbəli binanın dağıntıları altından çıxarıb. Zəlzələ baş verən an o binanın 2-ci mərtəbəsində olub. İlkin məlumata görə, uçmuş binanın dağıntıları altında qalmış Rişi Kxanalının ayağı sınıb.

Son məlumata görə, Nepalda aprelin 25-də baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 5000-ə, xəsarət alanların sayı isə 10000-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR