Zaqatalada yanğın olub

Zaqatalada yanğın olub
# 07 fevral 2013 07:06 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatala rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Donbabinə kəndində Vaqif Dadalova məxsus, ümumi sahəsi 550 kv/m olan anbarda qeydə alınıb. Hadisə yerinə FHN-in Zaqatala rayon YMH-in əməkdaşları və texnikası cəlb edilib. Anbarın yanar konstruksiyaları, anbarda olan 30 ton quru ot kütləsi və 3 ton qarğıdalı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Faktla bağlı Zaqatala rayon YMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR