Bakı Dairəvi yolunda zəncirvari qəza baş verib, tıxac yaranıb

Bakı Dairəvi yolunda zəncirvari qəza baş verib, tıxac yaranıb
# 17 aprel 2015 07:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda baş verən zəncirvari yol qəzasında 1 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb. İki “Mercedes” markalı avtomobil və Həsənağa Əzizovun idarə etdiyi “KİA” markalı maşın toqquşub. Nəticədə “KİA” markalı avtomobilin sürücüsü xəsarət alaraq, Klinik Tibbi Mərkəzə yerləşdirilib. Yolda tıxac yaranıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR