Ərdoğan Con Kerrinin bəyanatına münasibət bildirib

Ərdoğan Con Kerrinin bəyanatına münasibət bildirib
# 23 aprel 2013 15:15 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Qəzza səfəri təxirə salınmayacaq”. APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Con Kerrinin çağırışına münasibət bildirərkən deyib.


R. T. Ərdoğan Qəzza səfərini təxirə salmayacaqlarını bəyan edib. O bildirib ki, ABŞ-a səfərindən dərhal sonra Qəzzaya gedəcək: “Kaş ki, Con Kerri belə açıqlama verməyəydi. Yaxşı olmadı”.


Baş nazir qeyd edib ki, ABŞ-a səfəri mayın 14-nə planlaşdırılıb.

Xatırladaq ki, ABŞ dövlət katibi Con Kerri R. T. Ərdoğanın may ayında Qəzzaya səfər etməsinə qarşı olduqlarını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR