Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 mln. nəfərə çatır

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 mln. nəfərə çatır
# 18 dekabr 2014 08:20 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin dekabrın 1-ə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 249 951 sığortaolunana fərdi şəxsi hesab açılıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, bu ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,29% artıb.

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 941 308 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,06%-i (1 737 136 nəfər) kişi, 40,94%-i (1 204 172 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30 yaşa kimi olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 24,3%-ni (714 444 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23,9%-i ( 702 066 nəfər) 30-40 yaş, 21,5%-i ( 631 920 nəfər) 40-50 yaş, 20,4%-i ( 601 429 nəfər) 50-60 yaş aralığında, 9,9%-i ( 291 449 nəfər) 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Qeyd edək ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il yanvarın 1-dən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR