Sabah bir sıra bölgələrdə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Sabah bir sıra bölgələrdə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 05 noyabr 2015 15:33 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin çıxış kəmərindən mövcud magistral su kəmərlərinə yeni birləşmələrin verilməsi ilə əlaqədar noyabr 6-sı saat 06:00-dan 24 saat müddətinə bəzi bölgələrdə suyun verilişində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsəl ilə bağlı Abşeron rayonunun Ceyranbatan, Saray qəsəbələrinə, “Qurtuluş” yaşayış massivinə, Novxanı qəsəbəsinin və Binəqədi rayonu Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR