Bakıda keçmiş məhkumdan tapança götürülüb

Bakıda keçmiş məhkumdan tapança götürülüb
# 15 avqust 2016 11:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinindən odlu silah götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oleq Məmmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkarlanıb.

Kürdəmir rayonunda isə odlu silah oğurlayan şəxs saxlanılıb. Karrar qəsəbəsində yaşayan Ramiz Rəhimovun evindən müvafiq sənədləri olmayan ov tüfəngi oğurlanıb. Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Bəhruz Baxşəliyev saxlanılıb və tüfəng ondan götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR