ABŞ prezidenti Donald Tramp ölkəsinin Rusiya və Çin haqqında kəşfiyyat məlumatları topladığını, həmin ölkələrin də ABŞ-a qarşı eyni addımı atdığını bildirib.
APA xəbər verir ki, o, bu barədə Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
Bunu narahatlıq doğuran hal hesab etmədiyini vurğulayan Tramp Çin və Rusiyanın ABŞ-ı izlədiyini, lakin Vaşinqtonun da bu ölkələrə qarşı eyni fəaliyyəti həyata keçirdiyini deyib.
“Biz bunu onlardan daha yaxşı edirik, ona görə də narahat olmayın”, – Tramp əlavə edib.
Tramp hansı kəşfiyyat məlumatlarının toplanıldığını və bu məsələni kimlə müzakirə etdiyini açıqlamayıb.