Paşha Bank
Bank Of Baku

ABŞ-da stadionda atışma olub, ölən və yaralananlar var - YENİLƏNİB

ABŞ-da stadionda atışma olub, ölən və yaralananlar var - YENİLƏNİB
# 01 noyabr 2026 12:57 (UTC +04:00)

ABŞ-ın Alabama ştatının Birmingem şəhərindəki Legion Field stadionunun yaxınlığında baş verən atışma nəticəsində azı bir nəfər ölüb, daha səkkiz nəfər yaralanıb.

Bu barədə "ABC News" telekanalı polisə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, ümumilikdə doqquz nəfər odlu silahdan açılan atəş nəticəsində yaralanıb, onlardan biri ölüb. Daha bir zərərçəkənin vəziyyəti kritik qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində bir neçə odlu silah aşkar ediblər. Şübhəli şəxs saxlanılaraq dindirilmək üçün polisə aparılıb.

Bundan əvvəl telekanalın yerli bölməsi hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığını bildirmişdi. Qeyd olunurdu ki, insident yerli vaxtla saat 19:50-də Amerika futbolu üzrə matç başa çatdıqdan bir neçə saat sonra baş verib.

***

saat 09.15

ABŞ-ın Alabama ştatında stadionda atışma olub.

Bu barədə “ABC News” telekanalı məlumat yayıb.

ABŞ-ın Alabama ştatının Birmingem şəhərindəki Legion Field stadionunun ərazisində oktyabrın 31-də axşam saatlarında atışma baş verib. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR