Paşha Bank
Bank Of Baku

Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 25 oktyabr 2026 23:16 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların yaxın vaxtlarda keçiriləcəyini gözlədiyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ Prezidenti tərəflərin müharibənin başa çatdırılması üçün razılaşma əldə etməkdə maraqlı olduqlarını düşündüyünü qeyd edib.

“Danışıqlar kifayət qədər tezliklə keçiriləcək. Düşünürəm ki, hər iki tərəf razılaşma əldə etmək istəyir”, – deyə Tramp bildirib.

O, mümkün görüşün konkret tarixi və keçiriləcəyi məkan barədə məlumat verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR