Nigeriyanın Taraba ştatında silahlı şəxslərin yaşayış məntəqəsinə hücumu nəticəsində azı 40 dinc sakin həyatını itirib.
Bu barədə “Premium Times” qəzeti hüquq müdafiəçilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, silahlı qrup Taraba ştatının Karim-Lamido rayonunda yerləşən Binnari kəndinə hücum edib.
Məlumata görə, hücum edən şəxslər qonşu Plato ştatından inzibati sərhədi keçərək kəndə daxil olublar.
Silahlılar yerli sakinlərin əkin sahələrini yandırıb, evləri və mağazaları dağıdıb, mülki şəxslərə atəş açıblar.
Şahidlərin sözlərinə görə, ölənlərin sayı daha çox ola bilər. Belə ki, kənd sakinlərindən bir çoxunun taleyi hələ də məlum deyil.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.