Saatlı sakini özünü asıb

Saatlı sakini özünü asıb
# 01 may 2013 07:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Saatlı rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Fətəlikənd kəndində qeydə alınıb. Kənd sakini, 30 yaşlı Kazım Abdullayev otlaq sahədə söyüd ağacından özünü asıb. Onun meyiti ərazidə çalışan yerli sakinlər tərəfindən aşkar edilib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR