Qırğızıstan prezidenti və Serbiya baş naziri Azərbaycanın dövlət başçısına başsağlığı veriblər

Qırğızıstan prezidenti və Serbiya baş naziri Azərbaycanın dövlət başçısına başsağlığı veriblər
# 21 may 2015 13:40 (UTC +04:00)

APA-nın məlumatına görə, A. Atambayevin məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu, Bakı şəhərində baş vermiş və insan tələfatı ilə nəticələnmiş faciə ilə əlaqədar başsağlığımı qəbul edin. Həlak olanların doğmalarının və yaxınlarının kədərinə Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan şərik olduğumuzu onlara çatdırmağı xahiş edirəm. Bütün zərərçəkənlərin hamısına tezliklə sağalmağı arzu edirik”.

Serbiya baş naziri Aleksandr Vuçiç də Azərbaycan prezidentinə başsağlığı məktubu ünvanlayıb: “Zati-aliləri, Bakı şəhərindəki yaşayış binasında çoxsaylı insan tələfatına səbəb olan yanğın xəbəri məni dərindən sarsıtdı. İnanmaq istəmirəm ki, bu faciə məni çox böyük səmimiyyətlə qarşılayan şəhərdə baş verib. Belə hallarda kədəri bölüşmək üçün söz tapmaq çox çətindir. Bu hadisə zamanı yaxınlarını itirmiş və xəsarət almış insanların acısını paylaşdığımı onlara çatdırmağınızı xahiş edirəm. Zati-aliləri, Sizə Serbiya Respublikası hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR