«Unibank» gömrük işçiləri üçün xüsusi kredit aksiyası keçirir

«Unibank» gömrük işçiləri üçün xüsusi kredit aksiyası keçirir
# 30 yanvar 2013 14:29 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC peşə bayramları münasibətilə gömrük işçiləri üçün xüsusi kredit aksiyasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, fevralın 28-dək davam edəcək aksiya çərçivəsində gömrük əməkdaşları «Unibank»dan 2% endirimlə kredit ala bilər.

Qeyd edilir ki, 3-30 ay müddətli kreditin maksimal həcmi 5 min manat ola bilər. Minimal əmək haqqına tələbin olmadığı krediti, Azərbaycanda qeydiyyatda olan hər bir gömrükçü ala bilər. «Unibank» nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırıb. Bundan sonra 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı bankın kreditindən faydalana biləcək.

«Unibank» müştəriləri üçün arayışsız kreditlərin həcmini də 5 min manatadək artırıb. İş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə verilən arayışsız kreditləri, bankın bütün paytaxt və rayon filiallarında almaq mümkündür. Müştərilərin qeydiyyatına, iş stajına heç bir tələb qoyulmur. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit verilir. Yeni qaydalara görə, «Unibank»dan 3-6 ay müddətinə nağd kredit götürən hər kəsə 6%-lik endirim də edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR