İran parlamentində Azərbaycana xəbərdarlıq səslənib

İran parlamentində Azərbaycana xəbərdarlıq səslənib
# 10 aprel 2013 13:31 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentini iclasında çıxışında Urmiyadan seçilmiş millət vəkili Nadir Qazipur deyib.

N. Qazipur Azərbaycan hökumətini “İran əleyhinə yönəlmiş” fəaliyyətə son qoymağa çağırıb. O bildirib ki, əks halda İran parlamenti hökumətdən Türkmənçay müqaviləsinə yenidən baxmağı tələb edən qanun layihəsi qəbul edəcək. N. Qazipurun fikrincə, Gülüstan və Türkmənçay müqavilələrinə uyğun olaraq İrandan ayrılmış Azərbaycan şəhərlərinin sakinləri arasında referendum keçirilsə, onlar İranın tərkibinə daxil olmağa səs verər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR