Baş prokuror respublikada baş verən yol-qəza hadisələri ilə bağlı narahatlığını bildirib

Baş prokuror respublikada baş verən yol-qəza hadisələri ilə bağlı narahatlığını bildirib
# 01 fevral 2013 13:24 (UTC +04:00)

APA-nın xəbərinə görə, Kollegiya iclasında çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı yol verilən korrupsiya və digər sui-istifadə hallarının qarşısının alınması və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması işində Prezident İlham Əliyev tərəfindən 26 dekabr 2012-ci il tarixdə imzalanmış «Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında» Sərəncam müstəsna rol oynayacaq: “Son illərin statistik göstəricilərinin müqayisəsinə görə ölkənin kriminogen durumunda narahatçılıq doğuran problemlərdən biri yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin və bu hadisələr nəticəsində ölən və yaralananların sayının yüksək olması hesab edilməlidir. Yol nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı yol verilən korrupsiya və digər sui-istifadə hallarının qarşısının alınması və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması işində Prezident İlham Əliyev tərəfindən 26 dekabr 2012-ci il tarixdə imzalanmış «Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında» Sərəncam müstəsna rol oynayacaq”.

Kollegiyada bildirilib ki, yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında qanunların icrasına, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı istintaq və əməliyyat-axtarış hərəkətlərinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı qanun pozuntularına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması barədə Baş Prokurorluğa verilmiş tövsiyələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq əmr hazırlanmaqla icraya yönəldilib, məsələnin aktuallığı nəzərə alınmaqla, əlaqədar qurumlar tərəfindən bu sahədə istintaq və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi, istintaq və dövlət ittihamının müdafiəsi üzrə tədbirlərin səmərəliliyinin yüksəldilməsi, açılmamış qalan hadisələr üzrə əməliyyat-axtarış işlərinin intensivliyinin artırılması, hadisə yerindən qaçan sürücülər barəsində müvafiq qətimkan tədbirinin seçilməsi və cəza təyini məsələlərinin həllində tələbkarlığın yüksəldilməsinin təmin olunması barədə tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR