Bank Of Baku

Xaçmazda qətl törədən şəxs tutulub

Xaçmazda qətl törədən şəxs tutulub
# 09 aprel 2019 12:25 (UTC +04:00)

Aprelin 6-da saat 21 radələrində Xaçmaz şəhəri ərazisindən şəhər sakini Etibar Cavadovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Ə.Yaqubov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR