"Bu günə qədər Azərbaycanda 140 mindən çox elektron imza sertifikatı verilib".
"APA-Economics" xəbər verir ki, bu barədə Məlumat Hesablama Mərkəzinin marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov "Mobil elektron imza" layihəsinin təqdimatında deyib.
O bildirib ki, bu ilin 4 ayında ötən ilin müvafiq dövrünə nisbətən 2,6 dəfə çox elektron imza sertifikatı verilib.
Ümumilikdə ölkə üzrə elektron imza vasitəsilə 25 mln. əməliyyat aparılıb.