Gülər Əhmədovanın bacısına və digərlərinə ziyan vurmaqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri və digərlərinə hökm oxunub

Gülər Əhmədovanın bacısına və digərlərinə ziyan vurmaqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri və digərlərinə hökm oxunub
# 24 aprel 2013 09:04 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, “Kamran” MMC-nin rəhbəri Ələkbər Babayevin 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə, əmlakı (3 mərtəbəli evi) müsadirə olunmaqla 14 il müddətinə, German Hüseynov əmlakı müsadirə olunmaqla, 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 11 il, Süleyman Əliyevin 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 11 il, Kənan Quliyev 2 il sınaq müddəti təyin olunmaqla 6 il 25 gün şərti, Rüfət Nağıyev 3 il sınaq müddəti təyin olunmaqla, 3 il müəyyən vəzifə tutmaqdan mərhum edilməklə 10 il şərti azadlıqdan mərhum etmə cəzasına məhkum ediliblər.

Məhkəmə hökmündə mülki iddiaların təmin olunması, müsadirə olunan əmlakların iddiaçılar arasında bölünməsi, “Kamran” MMC-yə məxsus bina üzərindən həbsin götürülməsi məsələsi də öz əksini tapıb.

Qeyd edək ki, Ələkbər Babayevin külli miqdarda ziyan vurduğu Quliyeva Gülnar Mikayıl qızının hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın bacısı olduğu bildirilir.

Cəmiyyətin təsisçisi və rəhbəri Ələkbər Babayev və digər təqsirləndirilən şəxslər German Hüseynov və Rüfət Nağıyev Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Süleyman Əliyev Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü, Kənan Quliyev isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə ittiham olunurlar.

Onu da qeyd edək ki, “Kamran” MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev birgə iş münasibətində olduğu hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın bacısı Quliyeva Gülnar Mikayıl qızının etimadından istifadə edərək ona külli miqdarda (144 min manat) ziyan vurmaqda da ittiham olunur.

“Kamran” MMC-nin vətəndaşlara vurduğu ziyan isə 8 milyon 500 min manatdan çox hesablanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR