İngiltərəli iş adamının çox sayda ölkəyə işləməyən bomba detektoru satdığı məlum olub

İngiltərəli iş adamının çox sayda ölkəyə işləməyən bomba detektoru satdığı məlum olub
# 24 aprel 2013 09:30 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. İngiltərəli iş adamı çox sayda ölkəyə işləməyən bomba detektoru satıb. APA-nın məlumatına görə, İngiltərə mətbuatı bu gün iş adamı, milyoner Jame McCormickin bu əməllərinin qanlı nəticələrə gətirib çıxardığını yazıb.

McCormickin sahib olduğu ATSC UK şirkətinin istehsal etdiyi ADE-651 markalı detektorlar xarici ölkələrə partlayıcıları və narkotik maddələri aşkarlayan cihazlar kimi satılıb.

İngiltərədə yaranmış problemlə əlaqədar başlanılmış təhqiqat nəticəsində detektorların heç bir işə yaramadığı və iş adamının bunu bilərəkdən satışlar gerçəkləşdirdiyi ortaya çıxıb. Nəticədə bu detektorların tətbiq edildiyi binalar və tədbirlərdə bomba partlayışları ilə həyata keçirilən terror aksiyaları baş verib.

Saxta detektorların satıldığı ölkələrin siyahısında terror hadisələrinin daha çox yaşandığı İraq və Pakistanla yanaşı, Tunis, Rumıniya, Gürcüstan və digər ölkələr də yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR