«Bank SilkWay»in aktivləri I rübdə 29% artıb

«Bank SilkWay»in aktivləri I rübdə 29% artıb
# 17 aprel 2013 13:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 179,337 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,3% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 77,7% artaraq 77,952 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 12,138 mln. manat təşkil edib ki, bu da 2012-ci il aprelin 1-nə olan göstəriciyə nisbətən 1,5 dəfə çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 1,8 dəfə artaraq 5,081 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə dəyişməz qalaraq 6,5% olub.

Bankın depozit portfeli son bir ildə 17,% azalaraq 69,710 mln. manata düşüb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 45,015 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 4,1 dəfə çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 81,7% artaraq 76,469 mln. manat, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 70,192 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 13,8% artaraq 8 393, o cümlədən fiziki şəxslərin sayı 14,7% artaraq 8 252, hüquqi şəxslərin sayı 21,7% azalaraq 141 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il aprelin 1-nə 9 685-ə bərabər olub ki, bu da illik müqayisədə 32,3% çoxdur. O cümlədən, debet kartların sayı 24,8% artaraq 9 084-ə, kredit kartların sayı 13,4 dəfə artaraq 601-ə çatıb.


Hazırda bankın ölkə üzrə 6 filialı, 22 bankomatı, 118 POS-terminalı fəaliyyət göstərir. Bankın 112 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR