Polis əməkdaşının törədiyi qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb

Polis əməkdaşının törədiyi qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
# 15 aprel 2013 09:34 (UTC +04:00)

Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb. Niyaməddin Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Samux-Gəncə yolunda yüksək sürətlə gedərkən yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Hadisə yerinə yardıma gələn Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Qoşqar Fərəcov “Opel” markalı avtomobili yol kənarında saxlayıb. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin sahə müvəkkili, Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü Valeh Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobili “Opel”ə çırpıb. Nəticədə “Mercedes”in sərnişini, 1984-cü il təvəllüdlü Mehman Mədətov hadisə yerindəcə dünyasını dəyişib. “Opel” markalı avtomobilin sürücüsü Qoşqar Fərəcov isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR