Bakıda yeni işıqforlar quraşdırılıb - FOTO

Bakıda yeni işıqforlar quraşdırılıb - <span style="color: red;">FOTO
# 09 aprel 2013 08:56 (UTC +04:00)

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) APA-ya verilən məlumata görə, NİİM-ə daxil olan çoxsaylı müraciətlərə və aparılan araşdırmaların nəticəsinə əsasən, bir çox yol-hərəkət qaydalarının pozulmasının səbəbi (işıqforun qırmızı işığında keçmə, yol kəsişmələrində səhv manevrlər həyata keçirmə və s.) məhz sürücülərin işıqforlardakı siqnalı görməməsidir.

Bu problemi aradan qaldırmaq məqsədilə NİİM müəyyən müddət davam edən tədqiqatlar əsasında nəqliyyat sahəsində mövcud olan son texnologiyalarını özündə əks etdirən yeni işıqforların ölkəmizə nümunə kimi gətirilməsi və test olaraq paytaxtın mərkəzi küçələrinin birində quraşdırılmasını həyata keçirib. Belə ki, LED (Light Emitting Diode – İşıq saçan diod) sistemi ilə təchiz edilən 2 işıqfor Üzeyir Hacıbəyov və A.Puşkin küçələrinin kəsişməsində quraşdırılıb.

Bu cihazların adi işıqforlardan fərqi ondan ibarətdir ki, LED-li işıqforların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır və nəticə olaraq sürücülər işıqforda hansı siqnalın (gözləmə və ya hərəkət etmə) olduğunu asanlıqla müəyyən edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR