Corcio Napolitano yenidən İtaliya prezidenti seçilib

Corcio Napolitano yenidən İtaliya prezidenti seçilib
# 20 aprel 2013 20:56 (UTC +04:00)

Bakı-APA. İtaliya parlamenti Corcio Napolitanonu yenidən ölkə prezidenti seçib. APA-nın məlumatına görə, Corcio Napolitano parlamentin xüsusi iclasında keçirilmiş səsvermənin nəticələrinə görə asanlıqla ikinci müddətə dövlət başçısı seçilib. Prezident seçilmək üçün ona 50 faizdən çox səs toplamaq tələb olunurdu: “5 ulduz hərəkatı” istisna olmaqla, Corcio Napolitannu bütün partiyalar dəstəkləyib.

Bundan qabaq keçirilmiş səsvermənin 5 turu partiyalar arasında olan fikir ayrılığı səbəbindən qalibləri müəyyən etməyib.

87 yaşlı Corcio Napolitano seçkilərdə yaranan problemləri nəzərə alaraq namizədliyini ikinci müddətə irəli sürməyə razı olub. Son vaxtadək o belə variantı istisna edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR