Bank Of Baku

Qayıqla Xəzərə çıxan iki nəfər itkin düşüb, axtarışlara helikopterlər cəlb olunub

Qayıqla Xəzərə çıxan iki nəfər itkin düşüb, axtarışlara helikopterlər cəlb olunub
# 01 avqust 2018 11:56 (UTC +04:00)

31.07.2018-ci il tarixində axşam saatlarında Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidmətindən Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Dənizkənarı Milli Park yaxınlığında içərisində 2 nəfərin olduğu qayıq küləyin təsirindən qeyri-müəyyən istiqamətdə dənizə səmt alıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən xəbərə görə, məlumat alınan kimi Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 1 ədəd gəmisi axtarışlara cəlb olunub, yaxınlıqda üzən gəmilərə məlumat verilib.

 

Bu gün səhər saatlarından başlayaraq axtarışlar davam etdirilir.

 

Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Dövlət Sərhəd Xidmətinin 2 ədəd helikopteri və 2 ədəd gəmisi axtarışlarda iştirak edir.

 

Əlavə məlumat veriləcək​.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR