ABŞ-ın Ukraynaya bağışladığı 230 ədəd zirehli avtomobilin ilk partiyası Kiyevə çatdırılıb - FOTOSESSİYA

ABŞ-ın Ukraynaya bağışladığı 230 ədəd zirehli avtomobilin ilk partiyası Kiyevə çatdırılıb - <span style="color: red;">FOTOSESSİYA
# 25 mart 2015 15:48 (UTC +04:00)

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, 10 avtomobildən ibarət ilk partiyanı gətirən ABŞ hərbi nəqliyyat təyyarəsi bu gün Kiyevin “Borispol” hava limanına enib. Bu münasibətlə keçirilən rəsmi mərasimdə prezident Pyotr Poroşenko da iştirak edib.

P. Poroşenko qalan 220 zirehli avtomobilin 45 gün ərzində Ukraynaya çatdırılacağını söyləyib. O, Donbass münaqişəsinin həllində göstərdiyi yardımlara görə ABŞ-a təşəkkür edib. Dövlət başçısı bildirib ki, müvafiq silahlar quraşdırıldıqdan sonra avtomobillər döyüş zonasında olan desant qoşunlarının sərəncamına veriləcək.


Qeyd edək ki, ABŞ Ukraynaya pilotsuz uçuş aparatları, düşmən artilleriyasının və minaatanlarının yerini müəyyən edən radarlar və digər hərbi ləvazimatlar da göndərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR