Bank Of Baku

Şəkidə çörək bişirən qadın ehtiyatsızlıqdan təndirə yıxılıb

Şəkidə çörək bişirən qadın ehtiyatsızlıqdan təndirə yıxılıb
# 09 iyun 2019 23:04 (UTC +04:00)

Şəkidə çörək bişirən qadın təndirə düşərək yanıq xəsarətləri alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 22:00 radələrində rayonun Çəyirli kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü Fərqanə Firuz qızı Ələsgərova bədəninin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Bildirilir ki, qadın təndirdə çörək yapan zaman ehtiyatsızlıqdan təndirə yıxılıb və müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hazırda F.Ələsgərovanın müayinə və müalicəsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR