Yaqub Məmmədov: “Məqsədimiz nəticələri daha da yaxşılaşdırmaqdır”

Yaqub Məmmədov: “Məqsədimiz nəticələri daha da yaxşılaşdırmaqdır”
# 29 yanvar 2013 10:18 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Güləş Mərkəzində qadın güləşi üzrə yığma komandanın açıq məşqi keçirilib. Apasport.az saytının məlumatına görə, milliyə yeni təyin olunmuş baş məşqçi Yaqub Məmmədov ictimaiyyətə təqdim olunub.

Hazırlığın gedişində jurnalistlərin suallarını cavablandıran əməkdar məşqçi 2013-cü il üçün komandanın hədəfləri və qarşıdan gələn yarışlar haqqında məlumat verib: “Qarşıda yığma komandanın iştirak edəcəyi iki beynəlxalq turnir var. Bolqarıstanda və Belarusda keçiriləcək turnirlərdən sonra yığma komandanın Avropa çempionatında iştirak edəcək heyətini müəyyənləşdirəcəyik. Yığma ötən ilki dünya çempionatında ilk “8-lik”də yer ala bilmədiyindən bu il Dünya Kuboku yarışlarında iştirak etməyəcəyik”.

Məmmədovun sözlərinə görə, komandaya yeniyetmələrin Dünya çempionatında fərqlənən gənc güləşçiləri də cəlb ediblər: “Onlar öz güclərini göstərərək komandanın liderlərini əvəz edə bilərlər. İnanıram ki, komandada uzun müddətdir hazırlıq keçən Anna Belyayeva, Dina İvanova, Natalya Palamarçuk və digərləri öz güclərini göstərəcəklər. Mən istəyirəm ki, qızlar özlərinə inansınlar. Komandanın liderlərinin müvəqqəti yoxluğundan istifadə edib onlar yüksək nəticələr əldə edə bilərlər. Bizim əsas məqsədimiz ən azı ötən ilki nailiyyətləri təkrarlamaq və mümkün olduğu qədər nəticələri daha da artırmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR