AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi vaxtından əvvəl dəyişir

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi vaxtından əvvəl dəyişir
# 19 noyabr 2015 10:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi təyin olunacaq.

APA-nın məlumatına görə, dekabrın 7-də Monitorinq Komitəsinin Parisdə keçiriləcək iclasında həmməruzəçi Tadeuş İvinskinin yerinə yeni məruzəçi seçiləcək.

Görüşdə həmçinin noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı fikir mübadiləsi də aparılacaq.

Qeyd edək ki, 25 oktyabr tarixində Polşada keçirilən parlament seçkilərində T. İvinski parlamentin üzvü seçilməyib. Bu səbəbdən o, məruzəçi postundan vaxtından əvvəl avtomatik istefaya gedib.

Xatırladaq ki, T. İvinski AŞPA Monitorinq Komitəsinin bu il yanvarın 29-da keçirilmiş iclasında Azərbaycan üzrə həmməruzəçi seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR