Ağstafada keçirilən əməliyyat zamanı polis digər polis əməkdaşını yaralayıb

Ağstafada keçirilən əməliyyat zamanı polis digər polis əməkdaşını yaralayıb
# 18 iyun 2016 10:22 (UTC +04:00)

Ağstafa. Azər Məmmədov – APA. Ağstafada keçirilən əməliyyat zamanı polis əməkdaşı başından güllə yarası alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları kənddə əməliyyat keçirdiblər. Gecə saatlarında keçirilən əməliyyat zamanı T. Ayralov müqavimət göstərib və polis əməkdaşları silah tətbiq etməyə məcbur olublar. Atılan güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il Vasif Şaiq oğlu Bağırovun baş nahiyəsinə dəyib. Xəsarət alan polis əməkdaşı əvvəlcə Ağstafa rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə DİN-nin paytaxtdakı hospitalına aparılıb.


Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR