Türkiyənin aparıcı telekanalı Azərbaycan peykinin xidmətlərindən istifadədə maraqlıdır

Türkiyənin aparıcı telekanalı Azərbaycan peykinin xidmətlərindən istifadədə maraqlıdır
# 30 aprel 2013 14:08 (UTC +04:00)

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Nazirliyin radio-televiziya yayımları istiqaməti üzrə fəaliyyətindən, o cümlədən bu sahədə yeni rəqəmli texnologiyaların tətbiqi ilə bağlı görülən tədbirlərdən söz açan nazir TRT-nin Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib. Radio-TV yayım xidmətlərinin keyfiyyətinin yüksəldilməsində peyklərin roluna toxunan Ə.Abbasov Azərbaycanın «Azerspace-1» ilk telekommunikasiya peykinin əhatə zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələrinin daxil olduğunu, milli peykimizin səs, verilənlər, internet, TV və radio yayım xidmətləri göstərəcəyini, eyni zamanda TRT-nin də bu imkanlardan yararlana biləcəyini vurğulayıb.

Azərbaycanı ilk milli peykini orbitə çıxarması münasibətilə təbrik edərək, peykə malik olmağı hər bir ölkənin sosial-iqtisadi inkişafını sürətləndirən amil kimi dəyərləndirən İ.Şahin TRT-nin də «Azerspace-1»in xidmətlərindən istifadəyə maraq göstərdiyini deyib.

Türkiyə teleradioşirkətinin 15 televiziya kanalı olduğunu deyən baş direktor, ilkin mərhələdə quruma məxsus 3-4 telekanalın yayımının təşkilinin «Azerspace-1» üzərinə keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb. Görüşdə həmçinin genişzolaqlı internet xidmətlərinin yaratdığı geniş imkanlar, ciddi rəqabət mühitində radio-televiziya və internet televiziyaya maraq, eyni zamanda radio-TV yayım üzrə peşəkar kadr hazırlığı, bu sahədə təcrübə mübadiləsi, internet üzərindən aparılan təhsil və yeni fürsətlər ətrafında da müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR