Binəqədidə Avropa çempionu olan 6 yaşlı şahmatçı ilə görüş keçirilib

Binəqədidə Avropa çempionu olan 6 yaşlı şahmatçı ilə görüş keçirilib
# 05 iyul 2016 15:02 (UTC +04:00)

Bakı-APA. Binəqədi rayon İcra Hakimiyyətinin (RİH) başçısı Xaləddin İsgəndərov Avropada böyük uğur qazanmış rayon sakini, 6 yaşlı istedadl Ziya Məmmədovu qəbul edib.

RİH-dən APA-ya bildirilib ki, görüşdə RİH başçısının müavini Vüsar İsmayılov, Aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və 6 yaşlı şahmatçının valideynləri iştirak ediblər. Xaləddin İsgəndərov balaca şahmatçını və onun valideynlərini qələbə münasibətilə təbrik edərək, Ziya Məmmədova uğurlar diləyib.

Məlumat üçün bildirək ki, Yunanıstanın Halkidiki şəhərində keçirilən şahmat üzrə Avropa Çempionatında Ziya Məmmədov 7 yaşlılar arasında Avropa çempionu olub. Şahmatçı özündən böyüklərlə mübarizə apararaq mümkün 9 xaldan 8 xal qazanıb. Balaca şahmatçı 7 oyunda qalib gəlib, 2 qarşılaşmanı heç-heçə ilə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR