Bakıda metroya bomba qoyulması barədə polisə yalan məlumat verən şəxs tutulub

Bakıda metroya bomba qoyulması barədə polisə yalan məlumat verən şəxs tutulub
# 24 dekabr 2014 09:55 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 24-də saat 01.45 radələrində naməlum şəxs “102” xidmətinə zəng edərək "“28 May” stansiyasının yanına bomba qoymuşuq” deyə bildirib.

Dərhal həyata keçirilmiş tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı verən şəxs, Mingəçevir şəhər sakini, 32 yaşlı Taleh Səfərov metronun “28 May” stansiyasının yaxınlığında tutulub.

Onun sərxoş halda olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR