BMT: Сənubi Sudanda qaçqın düşərgəsində 8 nəfər ölüb, 50 nəfər yaralanıb

BMT: Сənubi Sudanda qaçqın düşərgəsində 8 nəfər ölüb, 50 nəfər yaralanıb
# 11 iyul 2016 20:09 (UTC +04:00)

Bakı-APA. Сənubi Sudanın paytaxtı Cubedə BMT sülhməramlılarının mühafizə etdiyi qaçqın düşərgəsində 8 nəfər ölüb, 50-si yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bəyan edib.

“BMT-nin Cənubi Sudandakı missiyasından aldığımız məlumata görə, son sutka ərzində qaçqın düşərgəsində hücumlar nəticəsində 67 nəfər yaralanıb, onlardan 8-i həyatını itirib”, deyə S.Düjarrik bildirib.

Bundan əvvəl BMT-nin digər nümayəndəsi Fərhan Hak Sudanda Çindən olan iki sülhməramlının öldüyünü, daha 7-nin yaralandığını bildirib.

Cənubi Sudanın paytaxtı Cube şəhərində hökumət qoşunları ilə müxalifət arasında şiddətli döyüşlər davam edir. Son bir neçə gün ərzində ölənlərin sayı 300-ə yaxınlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR