NATO Polşadakı hərbi kontingentini iki dəfə artırır

NATO Polşadakı hərbi kontingentini iki dəfə artırır
# 01 iyun 2015 20:45 (UTC +04:00)

Bakı-APA. NATO rəhbərliyi Polşanın Şetsin şəhərindəki Şimal-şərq korpusunun möhkəmləndirməsi barədə qərar verib.

APA-nın “Rosbalt”-a istinadən verdiyi xəbərə görə, qərargahın işinə Alyansın bir çox ölkələrinin hərbçiləri cəlb ediləcək, həmçinin, korpusun maliyyələşdirilməsi artırılacaq.

Bundan əlavə, şəxsi heyət iki dəfə genişlənərək 400 zabit və 45 mülki əməkdaşdan ibarət olacaq.

Qeyd edildiyi kimi, ilk dəfə Hərbi-Hava, Hərbi-Dəniz Qüvvələri və xüsusi təyinatlı qüvvələr bir araya gətiriləcək. Hərbi heyət 20 ölkənin nümayəndəsindən ibarət olacaq. Qərargahın sülh şəraitindəki vəzifələrinə Ukraynadakı vəziyyətin monitorinqi və Baltikyanı ölkələrdə komanda məntəqələrinin əlaqələndirilməsi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR