“PAŞA Həyat” vəfat etmiş şəxsin ipoteka krediti üzrə sığorta ödənişi edib

“PAŞA Həyat” vəfat etmiş şəxsin ipoteka krediti üzrə sığorta ödənişi edib
# 19 avqust 2015 13:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “PAŞA Həyat Sığorta” şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 25,588 min manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən aidiyyatı üzrə ödənilib.

Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı beş sığorta hadisəsinə görə 76,690 min manat həcmində sığorta ödənişi verilib.

Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR