Siyasi partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etməsi üçün nəzərdə tutulan müddət başa çatıb

Siyasi partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etməsi üçün nəzərdə tutulan müddət başa çatıb
# 02 aprel 2015 10:48 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Siyasi partiyaların illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət başa çatıb.

APA-nın məlumatına görə, 2014-cü il oktyabrın 1-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edib. Əvvəllər siyasi partiyalar illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim ediblər. Dəyişikliyə əsasən siyasi partiyalar bu ildən başlayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir. Eyni zamanda MSK bu barədə məlumatları internet saytında yerləşdirilməli və ictimaiyyət məlumatlandırılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR