Taner Yıldız: “Şərtlər uyğun olsa, İranın TANAP-dan pay alması mümkün ola bilər” - FOTO

Taner Yıldız: “Şərtlər uyğun olsa, İranın TANAP-dan pay alması mümkün ola bilər” - <span style="color: red;">FOTO
# 09 aprel 2015 14:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Şərtlər uyğun olsa, İranın Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsindən (TANAP) pay alması mümkün ola bilər.

APA-Economics”in “Habertürk”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Türkiyə ilə Gürcüstan arasında imzalanan enerji sahəsində əməkdaşlığa dair sazişin imzalanması mərasimində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Türkiyəli nazir qeyd edib ki, digər ölkələrdən də TANAP layihəsində iştirakla bağlı təkliflər irəli sürülüb. “TANAP-da istər Türkiyənin, istərsə də SOCAR-ın payı üçün uyğun ticarət şərtləri meydana gələrsə, strateji iş birliyini də nəzərə alaraq belə bir əməliyyat mümkün ola bilər”, - deyə T.Yıldız vurğulayıb.

Qeyd edək ki, TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR