Azərbaycanda son 1 ildə neft məhsullarının istehsalı 8% azalıb

Azərbaycanda son 1 ildə neft məhsullarının istehsalı 8% azalıb
# 16 mart 2015 06:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın həcmi 389,3 mln. manat olmaqla əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 8,0% azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən aylar ərzində ölkədə 199,4 min ton avtomobil benzini istehsal olunub. Bu, 2014-cü ilin eyni ayları ilə müqayisədə 0,7% çoxdur. Nəticədə bu ilin martın 1-nə 69,1 min ton məhsul ehtiyatı yaranıb.

Ötən iki ay ərzində ölkədə 480,9 min ton dizel yanacağı istehsal olunub ki, bu da daha əvvəlki ilin yanvar-fevral ayları müqayisədə 18,3% çoxdur. Nəticədə bu ilin martın 1-nə 105,2 min ton məhsul ehtiyatı yaranıb.

Yanvar-fevral aylarında Azərbaycanda ağ neftin istehsalı 7,9% azalıb. Belə ki, ötən iki ay ərzində ölkədə 106,6 min ton ağ neft istehsal olunub ki, bu ilin martın 1-nə 55,8 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən aylar ərzində ölkədə neft bitumunun istehsalında azalma var. Ötən iki ay ərzində Azərbaycanda 19,7 min ton neft bitumu istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 53,4% azdır. Nəticədə martın 1-nə 13,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

Sürtgü yağlarının istehsalı isə ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 65,8% azalıb. Belə ki, ötən aylar ərzində 2,6 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin martın əvvəlinə 14,3 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım var. Belə ki, ötən iki ay ərzində 20,6 min neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 36,4% çoxdur. Nəticədə bu ilin martın 1-nə 9,0 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən iki ay müddətində Azərbaycanda 0,2 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki ilin iki ayı ilə müqayisədə 99,5% azalma deməkdir. Nəticədə bu ilin martın 1-nə 13,5 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR